SSRİ Xalq artisti Vladimir Etuşun yubiley gecəsi
İyunun 12-də
Rus Dövlət Dram Teatrında SSRİ Xalq artisti, Rusiyanın Şukin adına
Teatr Məktəbinin bədii rəhbəri
Vladimir Etuşun 90 illik
yubiley gecəsi keçirilib. Mərasimdə Azərbaycanın mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev, Rusiyanın ölkəmizdəki
səfiri Vladimir Doroxin,
tanınmış incəsənət
xadimləri iştirak
ediblər.
Yubilyar tamaşaçılara öz həyatından maraqlı məqamları danışıb, monoloqlar
səsləndirib. Vladimir Etuş əslən bakılı olan qadınla ailə həyatı qurduğunu, şəhərimiz haqqında
ən xoş xatirələrə sahib olduğunu
deyib: “Dünən axşama kimi xanımımla Bakını
gəzmişik, heç
hotelə qayıtmaq istəmirdik. Bura tez-tez gəlmədiyimə
təəssüf edirəm”.
Gecənin sonunda isə Y.Vaxtanqov adına
Akademik Dram Teatrının
aktyorlarının ifasında
“Liman” tamaşasından
fraqmentlər ifa olunub.
Mədəniyyət.- 2013.- 14 iyun.- S. 5.